INDEPENDENT INFORMATION ANALYSIS AND SYNTHETIC SERVICE
НЕЗАВИСИМАЯ ИНФОРМАЦИОННО-АНАЛИТИЧЕСКАЯ И СИНТЕЗИЧЕСКАЯ СЛУЖБА
Земля. Alazan-INFO


Форма входа

Категории раздела

Закатальская правда [0]
Алазанская долина [25]
Наш Кавказ [93]
Мир [10]

Статьи о Кавказе и Интервью

Главная » Статьи » Алазанская долина

Zaqataladakı əhli sünnə terrora “Yox” deyir
$IMAGE1-left$Əssələmu əleykə və rəhmətullahi və bərəkatuh, əziz müsəlman qardaş və bacılar! Hamınızı salamlayıram, 17 avqustda “Əbu Bəkr” məscidində şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Onların yeri Cənnətdir. Şəhidlərimizə Allah Təala Cənnəti bəxş edir. Özüm jurnalist deyiləm, odur ki, hər hansı üslub xətalarına yol verə bilərəm. Buna görə də əvvəlcədən hamınızdan üzr diləyir və haqqınızı halal etməyinizi sizlərdən rica edirəm.
Həmin gecə məsciddəki partlayış xəbərini hamımız böyük narahatçılıqla izlədik. Zaqatalanın bütün dindar camaatı narahatçılıq içində idi. Hamı şəhid olanların kimliyi ilə maraqlanırdı, Bakıdakı qohum-əqrabaya dəfələrlə zənglər edirdi. Hadisə baş verən zaman biz də Zaqatalada məsciddə namaz qılırdıq. Elə namazımızı təzəcə bitirmişdik ki, qəfil bu xəbəri eşitdik. Qardaşlar bir yerə toplaşıb fikir mübadiləsinə başladıq. Əvvəlcə, bu terror zamanı şəhid olanların ruhuna dualar oxuduq, sonra isə bu nakişiliyi həyata keçirənlərə lənətlər yağdırdıq. Hamını bir sual maraqlandırırdı. Bu terror aktının arxasında kim dayanır və bunu etməkdə məqsəd nə idi? Bir çox versiyalar səsləndi. Bəzi qardaşlar bildirdi ki, son vaxtlar Rusiyanın Gürcüstana qarşı apardığı müharibəsi bir növ Azərbaycana da mesaj idi. Rusiya tərəfi məscidi partladmaqla sanki Azərbaycan hakimiyyətinə xəbərdarlıq edirdi. Yəni istənilən an Azərbaycanda sabitlik pozula bilər, vətəndaş qarşıdurması yarana bilər. Bu çirkin məqsəd üçün dindarlardan istifadə edilə bilər. Hələ bir müddət bundan əvvəl Qəbələ radiolokasiya stansiyası ətrafında gedən müzakirələr zamanı Rusiya ilə həməsərhəd Xaçmaz rayonunda silah-sursat anbarı aşkar edildi və bu, Rusiyanın Azərbaycan hakimiyyətinə mesajı kimi qəbul edildi. Digər bir variant Əbu Bəkr məscidinin camaatı arasındakı fikir ayrılığı göstərilir. Guya dindarlar arasında xavariclər peyda olub və Hacı Qamətin imamlığına qarşı çıxırlar. Hacı Allahşükür Paşazadənin də irəli sürdüyü bu fikrin heç bir əsası yoxdur. Çünki, mən özüm hər Cümə Əbu Bəkrdə oluram, qardaşlarla görüşürəm və belə bir atmosferi hələ ki hiss etməmişəm. Üçüncü və daha real görünən variant isə bu terror aktının Azərbaycanın güc strukturları, xüsusən də polislər tərəfindən həyata keçirilməsidir. Belə ki, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bəzi kafir insanlar cəmiyyətdə belə şayiələr yayırlar ki, guya əhli sünnə camaatı Azərbaycanda inqilab etmək istəyir, ölkədə İslam dövləti qurmağı planlaşdırır. Bu xəbərlərdən qorxuya düşən Azərbaycan hakimiyyəti hər vəchlə dindarları qorxu altında saxlamağa çalışır.
Yaxşı yadımdadır, hələ 2007-ci ilin iyul ayının 7-də saat 21.00 radələrində axşam namazını qılmaq üçün məscidə gələn 19 müsəlmana qarşı Zaqatala rayon polis idarəsinin rəisi Faiq Şabanov başda olmaqla, rəis müavini və cinayət axtarış şöbəsinin əməkdaşı Xaqani adlı polis ilə cəmi 15-20 nəfər polis əməkdaşları tərəfindən  məscidə qələn müsəlmanları məscidin qarşısında bəzilərini döyərək, bəzilərini söyərək və hər birini zorla xüsusi maşınlarına midirdilər və polis şöbəsinə aparıb orada gecə saat 1-ə  kimi saxladılar. Hər zaman onlar (polislər) bizim iş yerlərimizə gəlib bizə hədə-qorxu gələrək deyirdilər ki, sizin iş yerlərinizə, evinizə, cibinizə və ya sizə məxsus olan yerlərə (limonka, nəşə, trek, partlayıcı nə isə bir şey) atıb sizlərdən 5 nəfəri türməyə salasıyıq, çünki bizdən də rəis bunu belə tələb edir. Əgər biz o rəis deyəni eləməsək, rəis bizi işdən qovar və biz də sizlərə görə işsiz qalasıyıq, heç dəyərmi ki, bizim balalarımız sizə görə ac qalsın. Bu, bizim rayonumuzun bəzi polis işçilərinin hər zaman bizə dediyi sözlərdir.
Zaqatalada baş verənləri Allah heç kəsə qismət etməsin, vallahi bəlkə də bu əməllər heç bir düşmənə edilməz. Orada bizi 3 otaqda və plasda ayrı-ayrılıqda, sonra isə bir yerə toplayıb döydülər, söydülər, üzümüzə tüpürdülər, saqallarımızı dibindən toyuq yonan kimi yondular və üzümüzü alışqanla yandırdılar (ütdülər). Bunlara Zaqatala RPŞ rəisi Faiq Şabanov başçılıq edirdi və əmr verirdi, sıravi polislər də fərəh hisləri keçirərək tabe olurdular. Xüsusi amansızlıq edən Faiq Şabanov, onun müavini və Xaqani adlı əməkdaşlar bizə deyirdilər ki, gec-tez sizin axırınıza çıxacayıq.
Axşam namazının vaxtı çatmışdı və rəis bizə plasda arxası qibləyə tərəf oturmağı əmr etdi, biz də oturduq, sonra o dedi ki, namazınızın vaxtı çatıb namaz qılın belə, biz dedik ki, arxamız qibləyədir, o isə heç fərqi yox, qılın elə-beləcə və biz də namazın vaxtı keçməsin deyə o vəziyyətdə namaz qıldıq və rəis Faiq Şabanov namaz qılarkən aramızdakı bir müsəlman qardaşın başına-başına şillələr endirirdi. Bizim əlimizdəki müqəsssəs Qurani-Kərimi görəndə Faiq Şabanov dedi ki, o, nədir oxuyursunuz. “Quran”ı atın, bunu oxuyun QARA VOLQA kitabını. Biz onlara Azərbaycan Respublikasinin şəxsiyyət vəsiqəsini göstərəndə Faiq Şabanov onu yerə atdı və dedi “tüpürüm sənə və sənin vəsiqənə”, sonra isə dediyi kimi elədi və biz dedik ki, şikayət edəsiyik, o isə cavabında dedi ki, mənəm buraların ağası, tapşırıq Vilayət müəllimdən gəlib, gedin kimə istəsəniz şikayət edin, Xaqani isə bir müsəlman qardaşımıza belə dedi “get Heydərin qəbrinə şikayət elə“. Faiq Şabanov isə deyirdi ki “mənəm buranın ağası, gedin kimə istəsəniz şikayət edin, mən heç kəsdən qorxmuram. Azərbaycanda üç kişi varsa, biri Ramil Usubovdur, biri Vilayət Eyvazovdur, biri də mənəm”. Bizlərdən birini elə döydülər ki, hətta özündən getdi, bu amansızlıq Xaqani tərəfindən olub, özü də rəisin gözü qarşısında. Bununla bizlərə qarşı xüsusi istehza ilə ya çayxanada söyüş və ya yol hərəkətinin pozulmasına görə və ya polisə qarşı müqavvimət göstərməyə qörə kimi süni səbəblər göstərilərək, hətta bəzilərini 20 manat cərimə adı altında rüşvət alınıb.
Keçən ilin iyul ayının 9-da Zaqatala sakini çox təvazökar müsəlman qardaşımız Cavanşir Tağıyev polis tərəfindən səbəbsiz yerə (səbəb saqqal saxlamaqdır) bu dəfə evdən sürüyə-sürüyə polis idarəsinə aparılıb və orada işgəncələrdən sonra zorla əzab verə-verə saqqalı qırxılıb.
Polisin bizlərə qarşı münasibəti haqda saatlarla danışmaq olar. Odur ki, günahkarı orada-burada axtarmaq lazım deyil. Əsas cinayətkar elə öz içimizdədir. Mən indidən deyə bilərəm ki, məhz əsasən əhli sünnə camaatının toplaşdığı “Əbu Bəkr” məscidinin partladılmasında da bizim öz polislərimizin əli var. Çünki, Zaqatalada olsam da, Bakıdakı bəzi qardaşlarla əlaqə yaratdım, onlar deyirlər ki, son 3-4 gün ərzində məscidin ətrafında polislər, mülki geyimli şəxslər yaman çox gözə çarpırdı. Sanki hansısa fövqəladə vəziyyətə hazırlıq görürdülər. Partlayış olan gün isə məscidə gələn qardaşlar bu nəzarətin daha da gücləndiyini hiss edirdilər. Məncə prezident seçkiləri öncəsi ölkədəki ictimai-siyasi sabitliyi qoruyub saxlamaq tapşırığı alan DİN rəhbərliyi özlərinə təhlükə mənbəyi hesab etdikləri əhli sünnə camaatını indidən qorxu altında saxlamaq, onların bir yerə toplaşmasını əngəlləmək üçün min bir oyundan çıxırlar. Hətta bununla məqsədlərinə də çatdılar. Budur artıq xəbərlər gəlir ki, “Əbu Bəkr” məscidi dindarların üzünə qapalıdır. İstintaq hərəkətləri bəhanəsi ilə əhli sünnə camaatının bir yerə toplaşmasının qarşısını ustalıqla aldılar.
Şeytan niyyətli bu insanların biz müsəlmanlara qarşı təxribat əməlləri bizləri heç vaxt qorxutmayacaq. İnşallah, Allah özü bu kafirlərin cəzasını verəcək. Əslində Şəhidlik ən müqəddəs zirvədir İslamda. Hər bir müsəlman kimi mən də həmin şəhid qardaşlarımızın yerində olmaq istərdim. Haqqa qovuşmaq və Cənnət əhli olmaq istərdim.
Yəqin Rəbbim məni də bu arzıma çatdırar. Amin!
 
Əssələmu əleykə və rəhmətullahi və bərəkatuh!
 Zaqatalanın bütün əhli sünnə camaatı adından
Səid ibn Fərrux
18 Avqust 2008-ci il
 http://www.versiya.az/?p=2527

 

Категория: Алазанская долина | Добавил: Alazan-INFO (21 Августа 2008)
Просмотров: 990
Всего комментариев: 0

[ Получить прямую ссылку на новость ]

Share |
idth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Имя *:
Email:
Подписка:1
Код *:

Поисковик по сайту

Наш опрос

Оцените мой сайт
Всего ответов: 1
Каталог сайтов
  • Maarulal.ru
  • Avaristan.info
  • Закатальский музей
  • Газета "Zaqatala"
  • RomPhoto
  • Saxur-INFO
  • Gazavat.ru
  • Ингило
  • Алиабадский сайт
  • Zaqatala-INFO
  • Интернет-РАБОТА
  • WikiLeaks
  • Alazan MUZes
  • El Alazan
  • Alazan BOUTIQUE
  • Alazan IT
  • EaPCommunity
  • OSW
  • Наш Кавказ
  • Все для веб-мастера
  • Программы для всех
  • Мир развлечений
  • Лучшие сайты Рунета
  • Кулинарные рецепты

  • Наши Партнёры

    РОССИЙСКОЕ ОБРАЗОВАНИЕ
    для иностранных граждан

    Protected by Copyscape Online Plagiarism Finder